bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tanrı nuruna bürünən həkim! Dr. Zülfiyyə Muradova

8-05-2020, 13:00 671 dəfə baxılıb

Tanrı nuruna bürünən həkim!  Dr. Zülfiyyə Muradova
Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa bəxş edən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.

International Medical Centre Klinikası tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarrmışlar. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.

International Medical Centre Klinikasında fəaliyyət göstərən həkim-ginekoloq Zülfiyyə Muradova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.

Şərəfli həkim peşəsinə yiyələnən Zülfiyyə həkim bu sənətinin müqəddəsliyini qoruyub saxlayır. Dr. Muradovanın müayinə etdiyi hər kəsin rəğbətini qazanan həkimlərdəndir. Pasientlərə şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır.

Zülfiyyə həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə minnətdarlıq edilir.

Axı, o, nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Zülfiyyə həkim kimi bir həkim rast salıb. Zülfiyyə həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır.

Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Zülfiyyə həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Dr. Zülfiyyə Muradovaya Azərbaycan xalqı adından təşəkkür etməyi borc bildik.

Var olun, tanrı nuruna bürünən həkim!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031