TƏBİB əhaliyə müraciət etdi - Diqqət!
TƏBİB əhaliyə COVİD-19 infeksiyasının qarşısının alınması üçün müraciət edib.
Trend-in məlumatına görə, mürciətdə bildirilir ki, hər kəs müəyyən qaydalara əməl etməklə COVİD-19 infeksiyasının qarşısının alınmasına kömək edə bilər:
"Bunun üçün insanlar məsuliyyətli olmalı, gigiyenik qaydalara riayət edilməli, tibbi maskadan istifadə olunmalı, sosial məsafəni gözləməlidirlər. Sosial məsafə insanın özü ilə başqaları arasında qoyulan 2 metr məsafədir".