Avropa İttifaqı İrəvanı məyus etdi: erməni hərbçilərinə təlim keçməyəcəyik
Avropa İttifaqı İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərinə təlim vermək niyyətində deyil. Publika.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano “İzvestiya”ya bildirib. "Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir", - Stano bildirib. O qeyd edib ki, Avropa İttifaqı da Ermənistan Silahlı Qüvvələrinin hərbi personalına Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır. Eyni zamanda, onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənir, lakin hələlik konkret qərarlar yoxdur. Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək imkanlarını bundan sonra da öyrənəcək.