bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Belarus və Ukrayna arasında HƏRBİ-SİYASİ GƏRGİNLİK - Bu məsələ qaldırıla bilər

11-08-2024, 17:32 0 dəfə baxılıb



Kiyev təxribatçı hərəkətlərini davam etdirərsə, Belarus Minskdə Ukrayna diplomatik missiyasının olması zərurətinə yenidən baxa bilər

Publika.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkili Olqa Timuşa bildirib.

“Əgər Ukraynanın Belarusdakı diplomatik missiyası bu cür təxribatların qarşısının alınmasına təsir göstərə bilməsə, Belarus tərəfi Minskdə mövcudluğunun davam etdirilməsinin məqsədəuyğunluğu məsələsini qaldıracaq”, - mesajda deyilir.

Belarus XİN ukraynalı diplomata kəskin etiraz edib. Buna səbəb Ukrayna ərazisindən buraxılan bir qrup pilotsuz uçuş aparatının Belarusun dövlət sərhədini pozması olub.

Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi öz ərazisini qorumaq üçün bir sıra cavab tədbirləri görəcəyini bəyan edib.

Sözügedən hadisə avqustun 9-da baş verib. Ukrayna ərazisindən buraxılan bir qrup hücum pilotsuz təyyarəsi Belarus Respublikasının sərhədini pozub. Nəticədə pilotsuz təyyarələri vuran hava hücumundan müdafiə sistemləri işə salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930