Medvedev Makrona Fransadan qaçmağı tövsiyə etdi: "Onun ordusu gəlir"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb.
D.Medvedev bu barədə özünün "X" hesabında yazıb.
"Makron, Fransadan rədd ol! Durovun ordusu artıq sənin arxanca gəlir" , - yazan D.Medvedev cümləni gülüş emojisi ilə tamamlayıb.
Xatırladaq ki, "Telegram"ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb.