bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Putin Əliyev və Paşinyana nə təklif edib?

30-08-2024, 10:08 0 dəfə baxılıb





“Putinin həm Paşinyana, həm Əliyevə zəngi Rusiyanın Azərbaycanda etdiyi təklifdən irəli gəlir”.

Bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.

Lakin o, konkret hansı təklifdən söhbət getdiyini bildirməyib. Qeyd edib ki, əvvəlki razılaşmaların mahiyyəti saxlanılmaqla yeni təkliflər irəli sürülə bilər. O iddia edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri də bu təkliflə bağlıdır.

“Tərəflərin vasitəçidən gözləntiləri var. Lakin bəllidir ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqları bərpa etmək istəmir, Azərbaycan isə normal yanaşır. Hazırda maksimum nəticə əldə etmək üçün iş gedir. Rusiya rəsmi şəkildə üçtərəfli bəyanatlar və Azərbaycandan Naxçıvana çıxış əldə edən kommunikasiyanın açılmasından danışıb. İrəvanın bundan imtina etmək üçün geosiyasi ambisiyalardan başqa səbəbi yoxdur. Rusiya prezidentinin vasitəçiliyinin xeyrinə olan bir sıra müsbət proses var. ABŞ-da seçkilər, Ukrayna cəbhəsində baş verənlər və gələcək hadisələr çox şeyi göstərəcək”, - rusiyalı politoloq bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30