bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ

27-09-2024, 10:57 1 dəfə baxılıb



"Biz Azərbaycan Konstitusiyasını sülh müqaviləsinə əngəl hesab etmirik, ona görə ki, sülh müqaviləsi layihəsinin razılaşdırılmış hissəsində həmin problemi həll edən mətn var. Həmin mətn belədir: tərəflərdən heç biri daxili qanunvericiliyinin müddəalarına bu sazişin yerinə yetirilməməsi üçün əsas kimi istinad edə bilməz".

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sazişin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın qorxularını aradan qaldıracaq və onların fundamental həlli üçün hüquqi təminatlar yaradacaq.

"Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra biz onu Konstitusiya Məhkəməsinə göndərməliyik. Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Respublikasının Konstitusiyasına zidd olduğuna qərar verərsə, mütəxəssislərimiz bunun mümkün olmadığını iddia etsələr də, sülhə nail olmaq üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik", - Paşinyan elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031