bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Siyavuş Novruzov: “İlham Əliyevin səhhətində heç bir problem yoxdur” – “Bu cür yalan məlumatları yayanlar düşmənlərdir”

3-09-2019, 17:20 251 dəfə baxılıb

Siyavuş Novruzov: “İlham Əliyevin səhhətində heç bir problem yoxdur” – “Bu cür yalan məlumatları yayanlar düşmənlərdir”
Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat partiyası divanı tərəfindən ölkə başçısının səhhəti ilə bağlı müzakirələr aparmasına kəskin şəkildə etirazını bildirib.
S.Novruzov “Amerikanın Səsi”nə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:
“Prezident İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O, hər gün saat 9-da iş başında olur.

Axı İlham Əliyevin səhhətinə nə olub? Nəyi müzakirə edirlər? Özlərinin səhhəti pis olanda Prezident İlham Əliyevə, Mehriban xanıma Əliyevaya müraciət edirlər. Siyasi mövqeyindən asılı olmayaraq, hər biri haqqında dövlət tərəfindən lazımı addımlar atılır. Ümumiyyətlə, indi nə baş verir ki, ölkə Prezidentinin səhhəti ilə bağlı müzakirələr aparırsınız? Yenə deyirəm, Prezidentin səhhətində heç bir problem yoxdur. Mən rəsmi şəkildə bu açıqlamanı verirəm. Bu cür yalan məlumatları yayanlar düşmənlərdir. Prezident işinin başındadır”.

Ölkə.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30