bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətən müharibəsinin 18-ci günü - Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir

14-10-2024, 21:11 0 dəfə baxılıb



2020-ci il oktyabrın 14-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on səkkizinci günü.

Cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin bəzi istiqamətlərində mövqelərimizə hücum edən düşmən itki verir və geri oturdulur. Xeyli sayda döyüş texnikası sıradan çıxarılır. Həmçinin, Ermənistan ordusunun Gəncə, Mingəçevir və digər şəhərləri hədəfləyən əməliyyat-taktiki raket kompleksləri dəqiq zərbə ilə məhv edilir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd "T-72" tankı, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "Osa-AKM" zenit-raket kompleksi, bir ədəd "PDM-2", bir ədəd "KS-19" zenit topu, iki ədəd "D-30" haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Düşmənin silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur. Nəticədə Tərtərin Narlı kəndində bir nəfər mülki şəxs həyatını itirir. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz, Ağdamın Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi zamanı isə bir nəfər yaralanır. Günorta saatlarında cəbhənin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı məhv edilir.

Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Füzuli və Xocavəndin bəzi kəndlərini işğaldan azad etdiyini açıqlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031