bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi

30-01-2025, 19:30 1 dəfə baxılıb

 Avropa İttifaqının 12 ölkəsinin nazirləri Avropa Komissiyasını (AK) qarşıdan gələn Avropa Parlamentinə seçkini xarici müdaxilədən qorumaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Bizimlider-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Fransa, Almaniya, Niderland, Belçika, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Rumıniya, Sloveniya və İspaniya nazirlərinin iştirakı ilə hazırlanmış məktuba istinadən xəbər verib.

Bildirilir ki, məktubda onlar AK-dan xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı mübarizə üçün xüsusi orqan yaratmağı tələb ediblər.

Məmurlar Avropa Komissiyasını Aİ-nin Rəqəmsal Xidmətlər Aktı çərçivəsində səlahiyyətlərindən istifadə etməyə çağırıblar.

Məktubda qeyd olunur ki, əsasən Rusiya və Çin tərəfindən planlaşdırıldığı iddia edilən son seçki insidentləri səbəbindən təcili tədbirlər görülməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031