bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın Baş nazirləri - Ən çox kimi sevdiniz?

8-10-2019, 15:36 116 dəfə baxılıb

Azərbaycanın Baş nazirləri - Ən çox kimi sevdiniz?
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın Baş naziri Novruz Məmmədovun istefası və onun yerinə müavini Əli Əsədovun təyinatı gözlənilir.

Bizimyol.info-nun məlumatına görə, bu gün saat 12-də Milli Məclisdə yeni Baş nazirin təsdiq edilməsi gözlənilir. Azərbaycan qanunlarına əsasən Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın ilk Baş naziri Həsən Həsənov olub. (1991-ci il fevralın 7-dən- 1992-ci il aprelin 4-nə qədər)

Daha sonra müvəqqəti Baş nazir təyin olunan Firuz Mustafayevin postunda cəmi 40 gün qalıb. Üçüncü Baş naziri Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və onun yerinə hazırda deputat olan Əli Məsimov gətirildi.

Əli Məsimlinin müvəqqəti Baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. Daha sonra qiyamçı polkovnik Sürət Hüseynov , ondan sonra Fuad Quliyev postda olub. 1996-cı il iyulun 20-də Baş nazir postuna təyinat alan Artur Rasizadəni 2003-c il iyulun 20-də Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib.

2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən Baş nazir vəzifəsinə gətirilib. O, Azərbaycanın ən uzun müddətli baş naziri olub.

Hazırki Baş nazir Novruz Məmmədov 2018-ci il aprelində təyin edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30