bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Deputatlar bir qədər yaşlı olmalıdır" - 72 yaşlı Hadi Rəcəbli

26-10-2019, 20:44 315 dəfə baxılıb

"Deputatlar bir qədər yaşlı olmalıdır" - 72 yaşlı Hadi Rəcəbli
"Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır".

Bizimlider.com xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib:

"Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur. İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyatı yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm”.

Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış, yəni 24 ildir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30