bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF

6-12-2019, 14:32 102 dəfə baxılıb

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF
Ziyalılar hazırda gündəmin ən çox müzakirə olunan məsələsi - Milli Məclislə bağlı maraqlı təklif səsləndiriblər.

Modern.az saytının məlumatına görə, təklifi yazıçı-dramaturq Firuz Mustafa ictimailəşdirib.

F.Mustafa həmkarı ilə birgə Milli Məclisin adının dəyişdirilməsini təklif edib.

"Bu günlərdə tanınmış türkoloq, hörmət bəslədiyim təvazökar dilçi alim Şahlar Göytürk bir təklif vermişdi. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir".
Nəsə bu təklifə az reaksiya oldu. Zənnimcə çox doğru yanaşmadır. Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək.

Hesab edirəm ki, iki aylıq "istirahətdən" sonra fəaliyyətə başlayacaq Milli Məclisin yeni üzvləri bu məsələni müsbətə doğru həll edəcək”,-deyə Firuz Mustafa bildirib.

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxılıb, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edilib.

Qeyd edək ki, qardaş Türkiyə Cümhuriyyətində qanunverici orqan Böyük Millət Məclisi, onun üzvləri isə məllət vəkili adlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930