bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanlı milyarderin şirkətinə qarşı 5.4 milyardlıq iddia qaldırıldı

18-12-2019, 14:42 88 dəfə baxılıb

Azərbaycanlı milyarderin şirkətinə qarşı 5.4 milyardlıq iddia qaldırıldı
Rusiyada “Avtomobil Yolları” (“Avtodor”) dövlət şirkəti azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crous İnternational” şirkətinə qarşı 5.4 milyard rubl məbləğində iddia qaldırıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, iddia Moskva ətrafında dairəvi avtomobil yolunun tikintisi ilə bağlı ola bilər.

İddia Moskva Arbitraj məhkməsinin saytında yerləşdirilib. İddia ərizəsi dekabrın 16-da qeydə alınıb. Lakin ərizənin məzmunu saytda göstərilmir. “RİA Novosti” agentliyinə məlumat verən mənbə deyib ki, Moskva ətrafındakı Mərkəzi dairəvi avtomobil yolunun birinci hissəsinin tikintisi zamanı müqavilə şərtlərinin pozulması ilə bağlıdır. “Crocus Group” şirkətindən isə iddianın “çox güman ki, yanlışlıq olduğunu” və sabah geri çəkilə biləcəyini deyiblər. “Avtodor” isə şərh verməkdən imtina edib.

“Avtodor” 2015-ci ilin avqustunda “Crocus İnternational” şirkəti ilə uzunmüddətli investisiya əməkdaşlığı barədə müqavilə imzalayıb. Müqavilə 49.5 kilometrlik yolun çəkilməsini nəzərdə tuturdu və dəyəri 49 milyard rubla yaxın idi. Bu məbləğdən 6.7 milyard dollarını “Crocus İnternational” özü yatırmalıydı.

2019-cu ildə “Avtodor”un keçmiş rəhbəri Sergey Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın versiyasına görə o, “Crocus İnternational” şirkətinə əsassız olaraq 2 milyard rubl avans ödəyib. Şirkət isə həmin vəsaiti tikintiyə sərf etmək əvəzinə depozitə yerləşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930