“Deputat seçilir, sonra da dairəsi ilə maraqlanmır” - VİDEO
Bu gün Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibə verib. Dövlət başçısı müsahibə zamanı gələn ilin 9 fevral tarixində keçiriləcək növbədənkar parlament seçkilərindən də danışıb.
Dövlət başçısının sözlərinə görə, növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.