Vilayət Eyvazovdan təyinat - Bu polkovnik-leytenant Alay komandiri oldu
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidmətinin (YPX) Alay komandiri, polis polkovniki Rəşadət Babayev işdən çıxarılıb.
Bizimlider.com "Report”-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, R.Babayev vəzifədən azad edilib.
V.Eyvazovun digər əmri ilə YPX-nin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.