Daha bir media orqanı Əli Həsənovdan alındı - GƏLİŞMƏ
Əli Həsənova məxsus olan daha bir media strukturu əlindən alınıb.
Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olan "Araz FM" radiosunun da təhvil-təslim prosesləri yekunlaşıb.
Ə.Həsənova aid olan Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yerləşən "Araz FM" radiosu artıq iki gündür ki, yeni rəhbərliyin nəzarətində çalışır.
Əldə etdiyimiz məlumata görə, əvvəlki kimi, yenə radionu "Xəzər TV"-nin rəhbərliyi kurasiya edəcək.
Xatırladaq ki, bir müddət əvvəl "Xəzər TV"-də Ə.Həsənovun oğlundan alınaraq, "Socar Media"nın balansına keçirilmişdi.Hit.az