bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

16-06-2020, 17:44 132 dəfə baxılıb

Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı
Azərbaycan Respublikasının Milli Məclisində "COVID 19” koronavirus infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb:

"Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir".(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930