İlham Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.
Sənədə əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər 24 218 061,7 min manat, xərclər 24 425 914,0 min manat məbləğində olmaqla təsdiq edilib.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilib:
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.