bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib

17-07-2020, 11:54 129 dəfə baxılıb

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib
Kütləvi informasiya vasitələrində Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin guya 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb.

Anews.az xəbər verir ki, AR-nın Müdafiə Nazirliyi bununla bağlı vətəndaşlara müraciət edib.

"Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar".

Buna görə də MN Azərbaycan kütləvi informasiya vasitələrini təxribata uymamağa, Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930