bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Tezliklə tam qələbəmizi qeyd edəcəyik" - deputat

23-10-2020, 12:23 169 dəfə baxılıb

"Tezliklə tam qələbəmizi qeyd edəcəyik" - deputat
“Ermənilər son nəfəsini verir və son akkordlarını vurur”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Elman Məmmədov bildirib.

O, qeyd edib ki, bu gün ermənilər əllərində olan son silahlardan istifadə edərək murdarlıqlarını hərtərəfli nümayiş etdirirlər:

“Ermənistan açıq-aşkar odla oynayır, cəbhədən 300 kilometr uzaqlıqda yerləşən rayon və şəhərlərimizə ərazisindən atəş açır. Bununla da bizə sübut və fakt verirlər ki, dünyaya göstərək ki, ermənilər dinc əhalini qırır. Döyüş meydanında məğlub olan Ermənistan mülki əhalini hədəf alaraq insanlarımızda qorxu yaratmağa çalışır. Bundan əlavə istəyir ki, Azərbaycan da onların şəhərlərini bombalasın. Bu yolla da başqa ölkələri münaqişəyə cəlb etsinlər. Ancaq onların bu cəhdləri baş tutmur. Cənab Prezident qeyd edib ki, biz mülki əhali ilə müharibə aparmırıq. Azərbaycan Ordusu öz torpaqlarında haqq mübarizəsi aparır və ərazilərimizi işğalçılardan təmizləmə əməliyyatı keçirir”.

Milli Məclisin üzvü düşmənin Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədiyini, darmadağın olduğunu deyib:

“Bu gün Ermənistan ordusunda fərarilik artıb. Erməni gəncləri Azərbaycan torpaqlarında ölmək istəmirlər. Artıq sona yaxınlaşırıq. Tezliklə tam qələbəmizi qeyd edəcəyik. Ermənilərin köhnədən qalan resursları tezliklə tükənəcək. Onların ərzaq, yanacaq və silah-sursat ehtiyatı da tükənməkdədir. İnanıram ki, Azərbaycan Ordusu bütün torpaqlarımızı işğaldan azad edəcək və üçrəngli bayrağımız Kəlbəcərdə, Şuşada, Xocalıda və digər torpaqlarımızda dalğalanacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30