bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xeyli sayda ərazi də Azərbaycana QAYTARILIR, ermənilərə TƏLİMAT GƏLDİ - SAATLAR QALDI

18-12-2020, 10:53 176 dəfə baxılıb

Xeyli sayda ərazi də Azərbaycana QAYTARILIR, ermənilərə TƏLİMAT GƏLDİ - SAATLAR QALDI
Bu gün saat 17:00-da Ermənistanın işğal dövründə Zəngilan-Qubadlı istiqamətində irəli çəkərək, öz sərhədlərinə qanunsuz daxil etdiyi əraziləri Azərbaycana təhvil veriləcək.

Bizimlider.com Publika.az-a istinadla xəbər verir ki, Ermənistan işğal dövründə Zəngilan, Qubadlı və Laçın istiqamətində, o cümlədən, Kəlbəcərdə dövlət sərhədini irəli çəkmişdi.

Kəlbəcərdə əsas plan Söyüdlü (Zod) qızıl yatağının mənimsənilməsi, Zəngilan, Qubadlı və Laçında isə “təhlükəsizlik zonası”nın yaradılması idi.

Qafan şəhərinin meri Gevork Parsyan da etiraf edir ki, məqsəd “təhlükəsizlik zonası”nın yaradılması olub.

Kapitulyasiya aktını imzalayan Ermənistan tutduğu bu əraziləri də təhvil verməlidir, çünki BMT tərəfindən tanınmış dövlət sərhədləri bərpa olunmalıdır.

Bu gün Zəngilan və Qubadlının Qapan və Gorus rayonları ərazisinə daxil edilən hissəsi boşaldılacaq. Ermənilərə dəqiq vaxt qoyulub: 17:00.

İlkin məlumata görə, Azərbaycana təhvil veriləcək ərazilər strateji yüksəkliklər və bir neçə kənddir: Damcılı və Əkərək kəndlərinin adı çəkilir.

Azərbaycan tərəfi məsələ ilə bağlı hələki heç bir rəsmi açıqlama verməyib.

Mediada isə ermənilərin çıxarılacağı ərazilərin siyahısı yayılıb:

1. Kaxnut (Novruzlu)
2. Davit-Bek (Zeyvə)
3. Ujanis (Ucanis)
4. Eqvard (Yeğvard)
5. Aqarak (Əkərək)
6. Diçmayri (Aşağı Qaraçimən)
7. Sünik (Zəngəzur)
8. Çakaten (Çakaten)
9. Şikaox (Şıxovuz)
10. Nerkin Hand
11. Tsav (Tsab)
12. Gexanuş
13. Qafan şəhəri.

Lakin bu dəqiq informasiya deyil, çünki söhbət bu kəndlərdən yox, bu ərazilərə nəzarət etmək imkanı verən yüksəkliklərdən gedir. Ermənistan mediası yazır ki, Azərbaycan Ordusu Qafan şəhərinin mərkəzinə 900, Qafan hava limanına isə 200 metr məsafədə olacaq. Bu Qafan şəhərinin Azərbaycana verilməsi yox, ordumuzun şəhərə nəzarət imkanı əldə etməsi deməkdir.

Adıçəkilən ərazilərə nəzarət edəcək 13 yüksəkliyi də Qafan şəhərinin meri Gevork Parsyan açıqlamışdı:

“Bizə 9 noyabra qədər tutduğumuz və Qafan üçün təhlükəsizlik zonası yaratdığımız yüksəkliklərdən sabah saat 17:00-a qədər çıxmağımız təlimatı gəlib. Bizim üçün ağrılı təlimatdır”.

O, təxminən 13 yüksəkliyi təhvil verəcəklərini bildirmişdi, daha sonra bunu təkzib etdi. Lakin dünən axşam saatlarında Parsyanın yeni açıqlaması yayıldı.

“Azərbaycana təkcə yüksəkliklər yox, Xdranç (Sirkətas), Edqar (Yeğvard), Ujanis (Ucanis), Qafan mərkəzindən kəndlərinə gedən yolun bir hissəsi, o cümlədən, Çakaten, Şikaox (Şıxovuz), Nerkin Hand, Sraşen yolunun bir hissəsi təhvil veriləcək”, - Parsyan dedi.

Dünən gecə saatlarında erməni hərbi birləşmələrinin bölgədən çıxdığına dair də xəbərlər yayıldı.

Erməni teleqram kanalları Gorusun Şurnux kəndində artıq erməni ordusunun qalmadığını, könüllülərdən ibarət kiçik dəstənin “müdafiəyə” hazırlaşdığını yazdı. Şurnuxun icma rəhbəri Akop Arşakyan da gecə yarısı müraciət yayaraq, erməniləri sabah təcili kəndə gəlməyə dəvət edib. O da təsdiqləyir ki, erməni hərbi birləşmələri ərazini artıq tərk ediblər.

Bununla yanaşı, Azərbaycan hərbçiləri və Rusiya sülhməramlılarının Qafan şəhərinin David Bek (Zeyvə) kəndinə gələrək, erməni hərbçilərdən ərazini tərk etmələrini tələb etdiyi haqda da məlumatlar yayıldı.

Bütün bu ərazilər beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun olaraq, Azərbayanın nəzarətində olacaq. Ermənistan baş naziri Nikol Paşinyan da “Zəngilan-Qubadlı məsələsini soyuq başla həll etmək lazımdır” deməklə başqa yollarının olmadığını təsdiqləyib.

Lakin bu ərazilərdəki ermənilərin tabesizlik göstərdiyi müşahidə olunur.

Üç gün öncə “mediaport” erməni teleqram kanalı belə bir məlumat yaymışdı: “Qafandakı erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nümayəndələri ilə danışıqlar aparıb. Ermənilərdən beynəlxalq səviyyədə tanınmış sərhəd xəttinə uyğun olaraq, Zəngilan və Qubadlı ərazisinə daxil olan hazırki mövqelərindən bir neçə kilometr qərbə - Ermənistanın içərilərinə doğru geri çəkilmək istənilib. Rusiya sülhməramlıları ermənilərə xəbərdarlıq edib ki, çəkilməsələr, bir neçə gün ərzində azərbaycanlılar hücum edəcək, belə olanda ruslar buna qarışmayacaqlar. Həmçinin onu da bildirilib ki, ermənilər bu ərazilərdə qalıb müdafiə olunmaq istəyirlərsə, onlara heç nə deyə bilməzlər”.

Görünür, erməni əhalisi onların olmayan ərazidən çıxmaq istəmir və mərkəzi hakimiyyətin göstərişinə əməl etmirlər. Şurnux bələdiyyəsinin çağırışı da bunu təsdiqləyir.

“İravunk” qəzeti yazır ki, Sünikin (Zəngəzur) Khndzoresk (tarixi adı Xınzırək) kəndinin sakinləri və qonşu kəndlərin könüllüləri və icma rəhbərləri “müdafiə olunmağa” hazırlaşırlar.

Gorus Ağsaqallar Şurasının üzvü Ararat Aqabekyan da qəzetə müsahibəsində ərazilərdən çıxmaq istəmədiklərini açıqlayıb.

“Yeni xəritəyə görə, Gorus və Qafandan təxminənə 5-6 ərazi (kənd, yaxud yüksəklik olduğunu demir) Azərbaycana təhvil veriləcək, Şurnux kəndi isə ortadan iki hissəyə bölünür. Kənddə mənim evim, bələdiyyə başçısının evi və digər 11 ev Azərbaycan ərazisinə düşür. Aramisdə (tarixi adı İrimis) ərazinin böyük hissəsi də Azərbaycana verilir. Biz geri çəkilməyəcəyik, müdafiə olunacağıq”, - çiynindən “qoşalülə” asan Aqabekyan deyir.

Ermənilər ərazilərdən çıxmayacaqsa, burada iki yol qalır:

- Rusiya sülhməramlıları onları çıxarmalıdır, lakin Xocavənddə baş verənlər rusların məsələyə çox da müdaxilə etmək istəmədiklərini göstərir.

- Ermənilər sözə qulaq asmayacağı təqdirdə, Azərbaycan beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini bərpa etmək məqsədilə anti-terror əməliyyatı keçirəcək.

Günün sonunu gözləyək...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930