bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Işğaldan azad olunmuş ərazilərlə bağlı mühüm qərar qəbul edildi

22-12-2020, 10:50 114 dəfə baxılıb

Işğaldan azad olunmuş ərazilərlə bağlı mühüm qərar qəbul edildi
Qarşıdakı 4 il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə ayrılacaq vəsaitin həcmi məlum olub.

Bizimlider.com APA-ya istinadən verdiyi məlumata görə, 2021-ci il üçün büdcə zərfində 2021-2024-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətlərinə dair layihəyə əsasən, 2022-ci ildən başlayaraq hər il əsaslı vəsait qoyuluşu hesabına işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə 1,5 milyard manat vəsait ayılacaq.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən isə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, büdcə zərfi Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930