Birinci Qarabağ Savaşında İran topçularının köməyi ilə 400 min azərbaycanlı xilas edildi.
Keçən ilin sentyabr 27-də başlanan ikinci qarabağ savaşı Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Otuz illik danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağ statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı, qanı bahasına ermənistan ordusunu məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 44 günlük müharibə kimin kim olduğunu ortaya qoydu. Azərbaycan xalqı dost-düşmənini kim olduğunu bir daha bildirdi.
Prezident İlham Əliyev 44 günlük müharibə dövründə ermənistana dəstək verməyən ölkələrə bir daha təşəkkürünü bildirərək, İran İslam Respublikasının dəstəyinə xüsusi diqqət yetirdi. Bu ilin yanvarın 4-də Yeni Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-İran münasibətlərinə xüsusi diqqət ayıraraq demişdir: “İran bizim üçün sadəcə qonşu ölkə deyil, həm də qardaş ölkədir. Ən son Vətən müharibəsi hadisələrində də biz gördük ki, İrandakı qardaşlarımız bizimlə necə həmrəylik nümayişi etdirdilər. İranın dövlət rəsmiləri ən yüksək səviyyədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyev isə İran sərhədini dost sərhədi kimi xarakterizə etdi. Bu isə bir daha Azərbaycana olan dost və qardaş münasibətinin göstəricisidir. Bu vaxta qədər olduğu kimi bundan sonra da
Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədə olacaq”. 44 günlük müharibə dövründə Azərbaycan Prezidenti xarici mətbuata müsahibələrində də
İranla bağlı bəzi jurnalistlərin təxribat xarakterli suallarını cavablandırarkən İrana öz təşəkkürünü bildirmişdir. 44 günlük savaşda İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei və Prezident Həsən Ruhani bəyanət verərək, bütün erməni qoşunlarını Azərbaycan ərazisindən çıxarılmasını tələb etdilər. Azərbaycan Respublikasının siyasi politoloqlarının əksəriyyətinin ümumi fikri belə idi. “İranın mövqeyi kifayət qədər qənaətbəxş və haqqın, obyektivliyin tərəfində olan mövqeydir. İran Türkiyə ilə birlikdə bölgənin ən böyük dövlətlərindən biridir. İran beynəlxalq proseslərə təsir güclü olan dövlətdir”. Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin Hərbi Məsələlər üzrə müşaviri, general Məhərrəm Əliyev İranın birinci qarabağ savaşında Azərbaycana hərtərəfli dəstək verməsini və hətta İranlı hərbiçilərin ermənilərə qarşı döyüşməsini yüksək qiymətləndirmişdir.
Prezidentin köməkçisi Hikmət Hacıyev İran telekanalına verdiyi müsahibəsində İranın humanitar yardımından və iran topçularının birinci qarabağ savaşında Azərbaycana göstərdikləri köməyini bir daha yada salaraq demişdir: “Birinci Qarabağ savaşında Azərbaycan çətin durumda idi, bir milyon qaçqın və köçkün var idi. Azərbaycana ilk yardım uzadan ölkələrdən biri də İran İslam Respublikası oldu. Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonların işğalı zamanı ermənilər tərəfindən məkrili plan görülmüşdür. Onlar Füzulidən girərək Cəbrayıl-Füzuli yolunu kəsmişdir. Qubadlı və Zəngilan blokada şəraitinə düşmüşdür. Onların məqsədi orada yaşayan 400 min insanı qırmaq və məhv etmək idi. O zaman iran topçuları hətta müdaxilə etdilər. Onların müdaxiləsi olmasaydı, 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazın üzərində humanitar körpü açdılar, biz o insanları xilas edək. Qardaş İranın o dövrdəki rolunu biz unutmamışıq.
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək istiqamətində başladığını hərbi əməliyyatları beynəlxalq hüquqa əsaslanaraq, dəstəkləyərək rəsmi Bakının mövqeyini haqlı hesab etmişdir. Cənab Seyid Abbas Musəvi bu ilin yanvarın əvvəlində Azərbaycan müdafiə Naziri Zakir Həsənovla görüşündə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcini bildirmiş, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsini, regional təhlükəsizliyini təmin olunmasında vacib olduğunu qeyd etmişdir. İki ölkə arasında hərbi əməkdaşlıqla bağlı cənab səfirin açıqlamasında məntiq vardır. Bu məntiq çox sadədir. Belə ki, ikinci qarabağ savaşında İranın hərbi komandirləri, generallar Məhəmməd Pakpurun, sepahın siyasi vəkili general Cavani, general Rəhim Noui Əqdəm Dağlıq Qarabağda terrora qarşı mübarizədə hər an hazır olduqlarını bildirmişlər.
Prezident İlham Əliyev “CNN” televiziyasına keçən ilin 7 oktyabr müsahibəsində İran haqqında bunları demişdir: “İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. İranın rəsmi şəxsləri açıqlamalar verdilər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu ədalətli mövqedir”. Qarabağ müharibəsinin davam etdiyi 44 gündə İranın mövqeyi Azərbaycanı tam qane edirdi. Prezident İlham Əliyev son açıqlamasında, yəni oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziyası kanalına müsahibəsində Azərbaycana silah satan ölkələr arasında İranın adını xüsusi qeyd etmişdir.
20 yanvar Azərbaycan Respublikasında ümumxalq hüzn günüdür. 31 il bundan əvvəl Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bəzi müsəlman ölkələrindən fərqli olaraq İran İslam Respublikasında qəzəb və hiddətə səbəb olmuşdur. Faciə baş verən günün səhərisi İranın Tehran, Xoy, Mərənd, Ərdəbil, Urmiya, Səlmas şəhərlərində matəm məclisləri təşkil olunaraq sovet rəhbərliyinə lənətlər yağdırdılar. Demokratiyadan, insan hüquqlarından dəm vuran Amerika, Qərb ölkələri isə yekdilliklə SSRİ-nin rəhbərliyinə siyasi dəstək verdilər. Bu gün isə “mələk” donuna girib, Azərbaycanı özlərinə strateji müttəfiq hesab edirlər.
11 fevral 1979-cu il dünya tarixində İran İslam Respublikası öz layiqli yerini tutdu. Bu 42 ildə İran xalqı və İran İslam dövləti sübut etdi ki, müqəddəs Qurani - Şərifin və islam dəyərləri gücü ilə İran İslam Respublikasının, necə böyük qüdrətli bir ölkəyə çevirmək olar. İran İslam Respublikası hal-hazırki zamanında heç bir dövlətin daxili işlərinə qarışmamaqla yanaşı, bütün dünya xalqları və dövlətləri ilə sülh və əmin-amanlıq siyasətini davam etdirir.
İranın Azərbaycan Respublikasına yönələn siyasəti xüsusi meyarla ölçülür və İran üçün xüsusi məna daşıyır. Çünki dünyanın heç bir xalqı və ölkəsi
Azərbaycan qədər İrana yaxın deyil. Bu iki ölkə əsrlər boyu qardaşlıq bağları ilə bir-birinə elə bağlanmışdır ki, əti dırnaqdan qoparmaq mümkün olmadığı kimi azərbaycanlının iranlıdan, iranlının da azərbaycanlıdan heç bir qüvvə qopara bilməz.
Mirzəağa Məmmədli