bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azad olunmuş ərazilərdəki abidələrlə bağlı sayt təqdim olunub

7-07-2022, 12:32 30 dəfə baxılıb

Azad olunmuş ərazilərdəki abidələrlə bağlı sayt təqdim olunub


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

BizimLider.com xəbər verir ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
Mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın əhəmiyyətindən danışıb: “Danılmaz faktdır ki, mədəni irs xalqların yaddaşını, tarixini ehtiva edir. Hər bir xalq öz mədəni irsinə həssaslıqla yanaşır, eynilə Azərbaycan xalqı da, amma əfsus ki, 30 il ərzində Qarabağ ərazisində yerləşən tarixi abidələrimiz vandalizmə məruz qalıb. Bu gün isə artıq həmin ərazilərdə tarixi abidələr üzərində bərpa-restavrasiya işləri görülməkdədir”.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub: “Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur”.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə çıxışında işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının çox ciddi informasiya resursu olduğunu diqqətə çatdırıb: “Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda, abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Xidmət rəisi həmçinin vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Çıxışlar bitdikdən sonra saytın təqdimatı baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930