bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ombudsman beynəlxalq təşkilatları Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edib

3-08-2022, 21:39 43 dəfə baxılıb

Ombudsman beynəlxalq təşkilatları Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edib















İnsan tələfatı ilə nəticələnən, Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı Azərbaycan Ombudsmanı müraciət ünvanlayıb.

BizimLider.com xəbər verir ki, müraciətdə deyilir:


"3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.

Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın‭ ‬işğaldan‭ ‬azad‭ ‬olunmuş‭ ərazilərində‭ bərpa-quruculuq‭ işlərinin‭ ‬davam etdirildiyi‭ bir‭ zamanda‭ Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir".

Bəyanatda o da qeyd olunub ki, qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş‭ növbəti ‬terror‭ ‬aktı‭ ilə‭ ‬Ermənistan‭‭ ‬üçtərəfli‭ razılaşmanı kobud‭ şəkildə‭ ‬pozduğunu,‭ ‬eyni‭ zamanda‭ regionda‭‭ ‬sülhə‭‭ ‬və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirib.

"İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq‭ hüquqdan‭ irəli‭ ‬gələn‭ ‬öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik",- deyə bəyanatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930