bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda avtobus sürücüsünü döydülər

6-11-2019, 11:04 209 dəfə baxılıb

Bakıda avtobus sürücüsünü döydülər
Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

Bizimlider.com xəbər verir ki, bununla bağlı Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu” şirkətinə məxsus "İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb.

"Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib.

Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib.

Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031