DİQQƏT! Övladı siqaret çəkən valideynlərin nəzərinə! - VİDEO
Statistika göstərir ki, bu gün şagirdlərdə yaranan xəstəliklərin 13%-i siqaret vasitəsilə keçir. Amma xüsusən yuxarı siniflərdə oxuyan oğlanlar arasında da bu bəlalı vərdiş azalmaq əvəzinə günü-gündən artır.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Tural Mirzəliyev (175 nömrəli məktəbin direktoru): "İlk növbədə biz araşdırırıq ki, onun bu hərəkətindən valideynin xəbəri var, ya yox? Bu halla da rastlaşmışam ki, valideyn uşağın tərəfini saxlayır deyir ki, mənim xəbərim var özüm icazə vermişəm. Bu halda açıq deyək ki, məktəbin görə biləcəyi iş çox az olur. Həm valideyn, həm də məktəb eyni mövqedə olmalıdır.
Ekspertlər bildirir ki, hələ uşaqlar məktəbə başlayan gündən müəllimlər çalışmalıdırlar ki, siqaretin bir zərərli vərdiş olması haqqında onlarda fikir formalaşdırsınlar.
Fərrux Rüstəmov (Təhsil eksperti): "Xüsusilə həyat bilgisi fənninin tədrisində və ya humanitar fənnlərin tədrisində müəllimlər şagirdlərə siqaretin zərəri haqqında geniş məlumat verməlidirlər.
Xüsusilə biologiya dərslərində əyani şəkildə göstərməlidirlər. İndi kifayət qədər videolar var ki, siqaret çəkəndə ürək hansı cür olur, ağciyər hansı formada olur və yaxud siqaret çəkməyəndə necə olur göstərsinlər".
Məktəblərin yaxınlığında yerləşən siqaret satışı nöqtələri, uşaqları siqaret dalınca göndərən böyüklər yeniyetmələrdə siqaret çəkmənin əsas təbliğatçılarına çevrilib bundan başqa:
Fərrux Rüstəmov (Təhsil eksperti): "Təhsil müəssisələrinin yanındakı satış məntəqələrində mənə elə gəlir ki, siqaret çəkilməməlidir. Kiçik yaşlı məktəblilər siqaret arxasınca göndərilməməlidir".
Məktəblər arasında siqaret çəkməni azaltmaq üçün cəza tədbirləri uğurlu yol hesab edilmir.
Tural Mirzəliyev (175 nömrəli məktəbin direktoru): "Cəza tətbiqetmək ilk dəfədən cəzalandırmaq düzgün deyil, bəlkə də hələ vərdişə çevrilmiyib, danışıqlar aparılmalıdır, nəticəsi olmazsa, cəza tətbiq edilməlidir.
Bütün bu xoşagəlməz halların aradan qaldırılması üçün həm müəllimlər, həm valideynlər kompleks şəkildə çalışmalıdırlar. Ölkəmizdə bu mövzuda Səhiyyə Nazirliyi də öz üzərinə düşən vəzifələri yerinə yetirir.
Tofiq Musayev (İSİM-də Şöbə Müdiri): "Bu yaxınlarda mobil applikasiya hazırlamışdıq, tütündən imtina et, digər tərəfdən no smoke applikasiyası var ki, uşaqları gəncləri məsələn selfie çəkmək üçün özünü tütün çəkməyən kimi təqdim etmək və onu paylaşmaq imkanı var, eyni zamanda bizim "To bako control" azportalı var.
Təkcə siqaret çəkən yox etdikləri çəkdiyi tütünün tüstüsundən zəhərlənən uşaqlar da azdeyil. 13-15 yaşlı yeni yetmələr arasında passiv tütün çəkmə səviyyəsi yəni tüstüylə nəfəsalma səviyyəsi 50% -dir.
Tofiq Musayev (İSİM-də Şöbə Müdiri): "Ümumdünya səhiyyə təşkilatının dəstəyi ilə bir neçə sorğu keçirmişik, tədqiqat aparmışıq. Bu tədqiqatlar qlobal şəkildə aparılır və hər bir ölkədə eyni formatda eyni anketlə aparılır və bu anketlərin cavablarından biz belə başa düşdük ki, azərbaycanda həmin 15 ildə tütün çəkmə səviyyəsi artmamışdır.
Unutmayaq ki, bu zərərli vərdiş istənilən halda insan sağlamlığına ziyandır və ölümə aparır. Buna görə bunu həm özümüzə, həm uşaqlarımıza vaxtında aşılamalıyıq.