bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıya elektriklə işləyən "London taksisi" gətirilib - Foto, Video

17-01-2020, 12:31 289 dəfə baxılıb

Bakıya elektriklə işləyən "London taksisi" gətirilib - Foto, Video
Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək. Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksisi" gətirib.

Avtomobil elektriklə işləyir.

Bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq.

"Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, bu taksilər müasir texnologiyalar ilə təchiz edilib.

Bununla yanaşı, bu taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşmələri üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər android sistemlə də təchiz olunub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində elektriklə işləyən bu cür taksilərə tələbat artıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30