Bakıda daha bir qız itkin düşüb - İmtahandan çıxıb və...
Bakıda sınaq imtahanına gedən şagird itkin düşüb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Namiq Rəhmanov polisə müraciət edərək bildirib ki, fevralın 2-i, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən "Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.
Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.
Araşdırma aparılır.