bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çirkli hava koronavirusdan daha çox insan ölümünə səbəb olur

17-03-2020, 12:47 90 dəfə baxılıb

Çirkli hava koronavirusdan daha çox insan ölümünə səbəb olur
İndi tətbiq olunan karantin hava kirliliyinə görə əziyyət çəkən insanların həyatını daha çox xilas edəcək. Bu fikri Qrem Hüqo Rəsədxanasının mütəxəssisləri dilə gətiriblər.
Bizimyol.info xəbər verir ki, rəsədxana ətraf mühit və ekoloji miqrasiya arasındakı dəyişikliklərin qarşılıqlı təsirinin araşdırılması ilə məşğul olur.

Rəsədxananın direktoru Hüqo Fransua Jemenn iddia edir ki koronavirusun qarşısının alınması üçün tətbiq edilən tədbirlər istixana effekti verən qazların, atmosferə atılan zərərli tullantıların qarşısını əhəmiyyətli dərəcədə alıb.

“Hər il hava kirliliyinə görə, Fransada 48000, Çində milyondan çox insan ölür. ÜST-ün məlumatına görə, bu rəqəm dünyada 7 milyona bərabərdir. Biz daha çox insan ölümünə səbəb olan hava kirliliyinə diqqət etmirik, virusa görə bu qədər önləm alırıq.

Stenford Universitetinin alimlərinin araşdırmalarına görə, atmosfer kirliliyinin son iki ayda azalması Çində 5 yaçdan kiçik 4000 uşağın, 73000 yaşlı insanın həyatını xilas edib. Son aylar görülən tədbirlər nəticəsində hava kirliliyinə görə həyatı təhlükədə olan insanların həyatı 20 dəfə daha çox qorunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930