Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı
Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Yenicag.az xəbər verir ki, xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.