bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olacaq - ŞAD XƏBƏR

14-04-2020, 19:30 94 dəfə baxılıb

Əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olacaq - ŞAD XƏBƏR
Aprel ayından etibarən növbəti 2 ay üçün vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb.

Yeniavaz.com xəbər verir ki, bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.

Onun sözlərinə görə, aprel və may aylarında vətəndaşlar istifadə etdikləri elektrik enerjisinə görə limit 100 KVt artırılır: "Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limit 400 kVt-a qaldırılıb.

Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablamadır. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt hesablanıb. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Aprel və may ayları üçün 400 kVt olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30