Azərbaycanda suya qənaət etməyin yolu göstərildi - VİDEO
İsti yay günlərində suya tələbat artır. Əkin sahələrinin suvarılması, mal-qaranın ehtiyacının ödənilməsi üçün su mütləqdir. Ölkənin müxtəlif regionlarının təsərrüfat sahələri üçün Mingəçevir Su Anbarından Yuxarı Şirvan və Qarabağ kanalları vasitəsilə su ötürülür. Əvvəlki illərlə müqayisədə, bu il anbara toplanan suyun səviyyəsi iki metrə qədər azalıb.
Suya qənaət etmək üçün alternativ vasitələrdən də istifadə edilir. Yuxarı Şirvan kanalı ilə kəsişən Türyançay, Girdmançay, Ağsu çayının suyu əkin sahələrinin suvarılmasına yönləndirilib.
Mütəxəssislər suvarma suyuna qənaət etmək üçün televiziya kanalları vasitəsilə insanları maarifləndirir, gecə suvarılmasından istifadə etməyin vacibliyini bildirirlər.