bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İqtisadçı hökümətə təkliflər verdi - TƏFSİLAT

25-06-2020, 10:48 503 dəfə baxılıb

İqtisadçı hökümətə təkliflər verdi - TƏFSİLAT
İqtisadçı-ekspert, “Güzəran” Sosial Araşdırmalar İctimai birliyinin sədri Qadir İbrahimli neftin qiymətinin kəskin ucuzlaşmasından və karantin rejimindən iqtisadiyyata dəyən ziyanı lokallaşdırmaq üçün hökumətə təkliflərlə çıxış edib. DİA.AZ istiqlal.az-a istinadən həmin təklifləri olduğu kimi oxuyuculara təqdim edir.

1. 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılsın. Bəzi xərc maddələri dəyişdirilsin və yaxud ləğv edilsin.

2. İnzibati binaların təmir-tikintisi, həmin binalara yeni avadanlıqların alınması, abadlaşdırma kimi xərclər ləğv edilsin.

3. Xidməti avtomobillərdən istifadə edən məmur zümrəsinin sayı azaldılsın, eyni zamanda bahalı xidməti avtomobillərdən imtina edilsin. Hazırda xidməti avtomobillərin yuxarı qiyməti 50 min manatdır, bu məbləğ 15-20 min manata endirilsin - kimliyindən asılı olmayaraq məmurun xidməti avtomobili orta statistik vətəndaşın istifadə etdiyi maşından baha ola bilməz.

4. Vacib investisiya layihələri istisna olmaqla, qalan investisiya layihlərinin maliyyələşməsi dayandırılsın.

5. Real sektorun dəstəklənməsi üçün investorlara bir sıra güzəştlər edilsin.

6. İri dövlət şirkətləri investisiya müsabiqələri yoluyla özəlləşdirilməyə çıxarılsın.

7. Məmur korpusunda ciddi ixtisarlar aparılsın, məşğulluğu təmin etmək üçün rəqabətə davamlı biznes mühiti yaradılsın, imtiyazı biznes mühiti aradan qaldırılsın.

Hökumət qeyri-pouliyar, ancaq rasional qərarlar qəbul etmklə ölkəni böhrandan xilas edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930