“Instagram” yeni funksiya əlavə edib
İnstaqram sosial şəbəkəsində silinmiş paylaşımları bərpa etmək mümkün olacaq.
İnterAz xəbər verir ki, bu barədə servisin mətbuat xidməti bildirib.
“İnsanların bu barədə xahiş etdiklərini bilirik və artıq ilk dəfə olaraq silinmiş məzmunu nəzərdən keçirə və bərpa edə bilərsiniz”, - sosial şəbəkənin bəyanatında deyilir.
Bununla yanaşı, xidmət gün ərzində silinmiş hekayələrin bərpa oluna biləcəyini, bütün digər paylaşımların 30 günə qədər saxlanılacağını bildirib.
Bundan əlavə, sosial şəbəkə istifadəçilərini qorumaq məqsədilə hakerlərə hesabları qırmağa və paylaşımları silməyə imkan verməmək üçün əlavə tədbirlər görüb. Paylaşımın tam silinməsi üçün xidmət artıq əlavə yoxlama tələb edəcək.