Ölkədə ən aşağı temperatur olan ərazilər açıqlandı
Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.
Bizimlider.com bildirir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.
İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.
"Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib".