41 ailənin Zəngilana köçəcəyi tarix açıqlandı
Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.
“BizimLider.com” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.
“Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - deyə V.Hacıyev əlavə edib.