Bizimlider.com Respublikaxəbər.az-a istinad olaraq xəbər verir ki, ŞƏKİ DYP TƏRƏFİNDƏN HÜQUQİ ŞƏXSLƏR MƏLUMATLANDIRILIB.
Respublikaxəbər.az-ın məlumatına görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 27-də Euroline QSC-nin Şəki Nəqliyyat Bölməsinin qaraj müdiri Rəfael Əyyubovla, iyulun 29-da isə Şəki Suvarma Sistemləri İdarəsinin baş mexaniki, bölmə rəisi Elşən Abdulvahabovla görüş keçirib. Görüş zamanı, 2022-ci ilin avqust ayının 1-dən sentyabr ayının 1-nə dək respublikada " Təmiz hava " aylığının keçirilməsi barədə məlumat verilib. Aylıq ərəfəsində idarələrə məxsus avtomobillərin texniki sazlığına xüsusi diqqət yetirilməsinin zəruriliyi bildirilib. Polis baş leytenantı Tural Niftalıyev, avtomobillərin mühərriklərindən çixan işlənmiş qazların tərkibindəki zərərli maddələrin miqdarına nəzarətin aparılmasının ekoloji duruma müsbət təsirini, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsini xüsusi vurğulayıb.
Şəki Dövlət Yol Polisi tərəfindən aylığın keçirilməsi barədə xəbərdarlıq xarakterli tədbirlər digər idarə və təşkilatlarda da davam etdiriləcəkdir.
Bizimlider.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.