Aparıcı Elgiz Əkbər müğənni Rəqsanə İsmayılova ilə bağlı iddia səsləndirib.
BEŞ.AZ axşam.az-a istinadən bildirir ki, aparıcı sənətçinin Rusiya toylarına istəmədiyi azərbaycanlı ifaçını buraxdırmadığını deyib.
Elgizin "Deyirlər ki, Rəqsanə Moskvaya gedəndən sonra müğənnilərin yolunu kəsib. Bütün toy biznesini ələ alıb, kimi istəsə, o, toya gedə bilər" sözlərinə əməkdar artist Ədalət Şükürov cavab verib. O, belə bir halın olmadığını deyib:
"Əgər səni toy sahibi istəyirsə, tapıb çağıracaq. Rəqsanənin öz işi, məclisləri, Xəyyamın öz məclisi var. Əvvəl Rəqsanə, Nuri yox idi, başqaları var idi. Əgər Rəqsanə xanım bir toydadırsa, o birinə necə gedə bilər? İki toyu eyni anda idarə etmək olar? Elə bir şey yoxdur".
Proqramda yer alan meyxanaçı Namiq Qaraçuxurlu isə "Vəziyyət görün necədir ki, müğənnilər toyla fəxr edir. Əvvəl utanırdıq efirdə toydan danışmağa. Bu konsert sistemi düzəldilməlidir" sözlərini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.