bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nura Suri: “Oğlumla mən bir aydır ki, evdən çıxmırıq” - FOTO

19-04-2020, 15:15 414 dəfə baxılıb

Nura Suri: “Oğlumla mən bir aydır ki, evdən çıxmırıq” - FOTO
“Mən də hamı kimi hərdən inanırdım, qorxurdum, hərdən ciddiyə almırdım. Amma özüm və övladım tam bir aydır ki, evdən çıxmırıq. Qapımızın ağzındakı ayaqaltı hər gün dezinfeksiyaedici məhlul ilə yuyulur. Kuryerin və ya sürücünün marketdən alıb gətirdiyi bütün sellofan zənbillər spirtlənir (sprey spirt), su şüşəsinə kimi yuyulur. Meyvə və tərəvəzlər, göyərti yuyulduqdan sonra minimum 20 dəqiqə sodalı və ya sirkəli suda saxlanılır”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi dünyanı cənginə alan koronavirusdan necə və hansı yollarla qorunduğunu izləyiciləri ilə bölüşərək, xəstəliyin olduqca ciddi və təhlükəli olduğunu diqqətə çatdırıb:

“Köməkçim iki dəfə evdən çıxıb (sənəd arxasınca). Evdən çıxanda geyimi başdan-ayağa spirtlənib və ayaqqabısının altını xüsusi məhlulla silib (çıxanda və qayıdanda). Evə qayıdanda əlcəkləri atılır, geyimi spirtlənir və eyvanda təmiz havada 5-6 saat qalır. Ağzına maska taxanda da spirtləyir. Yəni, özümüzü tam qoruyuruq. Evdə hər gün səhər oyananda hər otağın pəncərəsi iki-üç saat açıq qalır. Birdən bütün otaqları da açmayın. Sıra ilə açın.

Evdə iki saat dayanmadan o baş-bu baş səhər gəzişirik. Günortalar ya axşamlar idman və ya rəqs edirik. Yüngül yeməklər yeyirik. Tərəvəz və göyərtidən daha çox istifadə edirik”.

Nura Suri: “Oğlumla mən bir aydır ki, evdən çıxmırıq” - FOTO
Nura Suri: “Oğlumla mən bir aydır ki, evdən çıxmırıq” - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930