Serdar Ortaç: “Demet Akalın Ebru Gündeşlə aramızı vurdu”
Qumar oynayıb müflisləşən türkiyəli pop ulduz Serdar Ortaç qalmaqallı həmkarı Demet Akalını “aravuran” adlandırıb.
Oxu.Az xəbər verir ki, “YouTube”da yayımlanan “Magazin Noteri” proqramında qonaq olan Serdar Ebru Gündeşlə aralarında “əsən soyuq küləklərin” Demet Akalının üzündən baş verdiyini açıqlayıb:
“Ebrunun əri Rza Zərrabın həbs olunduğu gün Demetlə Çeşmədə idik. Ona dedim ki, nə baş verdiyini öyrənim, ertəsi gün zəng edərəm. Aylar keçdikdən sonra Demet Ebruya mənim dediklərimi bu şəkildə çatdırıb: “Aman Allah, Rza həbs olundu, nəyə görə zəng edim ki?!” Ebru da Demetə inanıb, üzümə də baxmadı. Bizim aramıza Demet girdi, dostluğumuz pozuldu”.