bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

4-05-2020, 14:06 181 dəfə baxılıb

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO
Bir sözü ilə şou gündəmini çalxalayan müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə dəm-dəstgahlı məclis qurub.

Oxu.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanımla 27-ci evlilik ildönümlərini qeyd ediblər.

Cütlük üzərində "27 il” yazılan tortu kəsərək xoşbəxt günlərinin sevincini doğmaları ilə bölüşüblər.

Bu anları Nadir "27 il bir yerdə” başlığı ilə sosial media hesabında paylaşıb.

Diqqət çəkən məqam isə N.Qafarzadənin karantin rejimi qaydalarını yaddan çıxararaq, əməl etməməsi olub. Belə ki, düzənlənən məclisdə evdə beşdən çox insanın kamerada görünməsi sosial məsafə anlayışını darmadağın edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30