“Hər ikimizin cavanlıq səhvlərimiz olub“
Tanınmış rəqqasə Fatimə Fətəliyeva həmkarı Oksana Rəsulova ilə mübasibətlərindən danışıb.
Yenisabah.az xəbər verir ki, ATV teıekanalında yayımlanan "Üçümüz" adlı verilişdə qonaq olan sənətçi Oksana ilə münasibətinin yaxşı olduğunu bildirib:
"Düşünürəm ki, məni istəməyənlər var. Amma Oksana Rəsulova ilə münasibətlərimiz çox yaxşıdır. Onunla bir-birimizə qarşı cavanlıq səhvlərimiz olub. Artıq yaşımız var, mən nənəyəm. Oksana xasiyətcə çox yaxşı insandır, bunu çox adamdan eşitmişəm. Mən onun xətrini çox istəyirəm, uğurlarına sevinirəm. Heyif ki, rəqqasə kimi hind rəqslərini daha görmürəm, amma ona çox yaraşırdı".
Qeyd edək ki, rəqqasələr arasında qalmaqal yaşandıqdan sonra onlar illərlə küsülü qalıblar.