bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Qurban sənə, apar məni yanına” - Gülbahar mərhum əri ilə bağlı

1-05-2019, 11:44 377 dəfə baxılıb

“Qurban sənə, apar məni yanına” - Gülbahar mərhum əri ilə bağlı


Məşhur qarmon ifaçısı Gülbahar Şükürlü mərhum həyat yoldaşı Zahid Şükürlü ilə bağlı paylaşım edib.

BEŞ.AZ ölkə.az-a istinadən bildirir ki, ifaçı İnstagram səhifəsindən onunla fotosunu paylaşaraq, kədərini izləyicilərlə bölüşüb.

"30 aprel -ay başımın tacı bu gün toy günümüzdür. Sən hər zaman bu günü çox sevmisən. Bəs indi? Sənə qurban olaram, ay Zahid. Hamı məni danladı ki, evdə oturma, sənətinlə məşğul ol. Balaların var. Allah hamının canını sağ eləsin, amma mən səni istəyirəm, ay Zahid. Səni bu qədər çox istədiyimi indi başa düşürəm. Səsin qulağımdadır. Yəqin sən məni çox istəmirsən, yoxsa indi yanımda olardın. Qurban sənə, apar məni yanına , buralar mənlik deyil, yanına istəyirəm. Çox çarəsizəm. Burada olan insanlar məni bağışlayın, üzr istəyirəm. Ürəyim qan ağlayır, vallah yalandan gülməyi bacarmıram", - öz statusunda qeyd edib.

İfaçının paylaşımına izləyicilər tərəfindən çoxlu sayda təsəlli mesajları gəlib.
Qeyd edək ki, Gülbahar xanımın həyat yoldaşı Zahid Şükürlü 20 dekabrda vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031