Koronavirusdan ölən xanəndənin son mesajı - Təngnəfəs danışıq, öskürük, xırıltı... - VİDEO
Koronavirusdan dünyasını dəyişən Xalq artisti Sabir Əliyevin son səs yazısı yayılıb.
Bizimlider.com sonxeber.az-a istinadən xəbər verir ki, mərhumun telefon danışığı yaxın sənət dostu aşıq Namiq Fərhadoğlu ilə olub.
Xanəndə danışıq zamanı xəstəliyinə görə ona dəstək olan dostuna təşəkkürünü bildirib:
"Sağ ol, ürək dostum. Allah dayağın olsun. İnşəallah, yaxşı olar. Xəstəlikdir, kimisi elə, kimisi belə olur. Sənə qurban, narahat olma, yaxşı olacaq. Dualarınız bəs edər, Allah dualarınızı eşitsin".
Qeyd edək ki, Xalq artistinın telefon bağlantısı vaxtı təngnəfəs olması, öskürməsi, xırıldaması diqqətdən qaçmayıb və eşidənləri kədərə boğub.