bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Roza Zərgərli: “Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız?” – VİDEO

29-12-2020, 10:52 139 dəfə baxılıb

Roza Zərgərli: “Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız?” – VİDEO
Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə birgə hallanmasına münasibət bildirib.

Bizimlider.com xəbər verir ki, sənətçi sosial şəbəkədə açıqlama videosu yayıb. O, qızı haqqında səsləndirilən iddiaların yalan olduğunu bildirib:

“Mənim üzərimə çirkab tökmək istədilər, amma sənət dostlarım mənə dəstək oldular. Kişi sənət dostlarım zəng edib dedilər ki, sənin də, qızının qeyrətinə bələdik. Qadın sənətçilər isə ana kimi mənə dəstək oldular, sosial şəbəkədə paylaşımlar etdilər. Deyirlər ki, niyə ssusrsan? Bu xəbər sifarişli olduğu üçün fikir bildirmirdim, məsələni araşdırırdım. Mənim tək bioloji övladım Bənövşədir. Ondan başqa üç övlad övladlığa götürmüşəm, onlar da həyatıma rəng qatıblar. Bənövşəyə təşəkkür edirəm ki, belə masum, təmizdir.O belə düzgün tərbiyə olunmasaydı, yad övladları qəbul etməzdi. Bənövşə başqa uşaqları evinə, anasının həyatına qəbul etdi. Mənim qızım digər övladlarımı qəbul etdi. Belə ürəyə sahib qıza çirkab yaxmaq düzgündürmü? Mənim qızım üzünü, dodağını şişirtməyib, onun 2 -3 getdiyi yer var, hamısını bilirəm. Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız? Onun heç nəyə ehtiyacı yoxdur. Hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur. Mən haqqımı tələb edəcəm. Hamı layiqli cavabını alacaq”. / Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930