bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu

7-05-2019, 15:06 220 dəfə baxılıb

Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu


Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.

Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır. Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.

Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtomobil hədiyyə olunub:

“Sağ olsun, mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə avtomobil hədiyyə ediblər. Tək avtomobil yox, nələr-nələr bağışlayıblar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30