Xəstəlik aktrisanın orqanlarına yayılıb
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
BEŞ.AZ aznews.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl onkoloji xəstəlikdən əməliyyat olunan Tünzalə Əliyevanın xəstəliyi metastaz verib. Xəstəlik aktrisanın orqanlarına yayılıb.
Qeyd edək ki , hazırda Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzindədir. Aktrisanın bir müddət əvvəl sağaldığı deyilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.