bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda

14-05-2019, 20:31 240 dəfə baxılıb

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda



Əməkdar artist Lalə Məmmədova "Ən yaxşısı" verilişinin qonağı olub.

Beş.az məlumatına görə, müğənni eks həyat yoldaşı İlham Qafarovun onunla bağlı dedikləri haqda suallara cavab verib:

"İstəyirəm qızım bunlardan uzaq olsun. Qarşı tərəf danışanda, övladını düşünsün. Mən sənətlə başımı qata bilərəm, uşaq yox. İnstaqramı, telefonu olmasa da, ətrafdakılardan söhbətlər gəlir. Nə qədər qorusaq da, olmayacaq.

İstəmirəm depressiyaya düşsün. İndi gündə bir intihar halı eşidirik. Onun geyimini və yeməyini verməklə olmaz. Hər gün qızımla söhbət edirəm.

Ürək ağrısı ilə deyirəm ki, susurdum. Övladlarımın atasıdır deyə, deyirdim, dilimdən artıq kəlmə eşitməyəcəksiz. Amma... Qarşı tərəf artıq övladıma sözlər ünvanlayanda, dedim, bəsdir. Qərar verdim ki, belədirsə, bundan sonra faktlar danışacaq".

Qeyd edək ki, İ.Qafarov aliment ödəyə bilmədiyi üçün Lalənin onu məhkəməyə verdiyini açıqlayıb. "Məni tutdurmaq istəyir" deyə, o, bildirib. L.Məmmədovanın bu nikahdan iki qız övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930